AZ

Yeni rektor kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.

"Unikal" yeni rektorun dosyesini təqdim edir:

1971-ci il mayın 8-də Bakı şəhərində anadan olmuşdur.

1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1994-cü ildən BDU-nun Konstitusiya hüququ kafedrasında müəllim, 2006-cı ildən dosentdir.

1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının Hazırlanması Komissiyasının işçi qrupunun üzvü olmuşdur.

2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi işinin mövzusu “Azərbaycan Vətəndaşlıq İnstitutu” olmuşdur.

1996-2001-ci illərdə Avropa İnsan Hüquqları Mərkəzi (Bakı) Şurasının üzvü olmuşdur.

1997-ci ilin fevralından 2003-cü ilə kimi Xəzər Universitetində müəllimi işləmişdir.

2002-ci ildə (fevral-iyun) ABŞ-nin İndiana Universitetində elmi məzuniyyətdə olmuşdur.

2005-ci ildə (yanvar-avqust) Fulbrayt proqramı üzrə ABŞ-nin İndiana Universitetində elmi tədqiqat aparmışdır.

2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunmuşdur.

2008-2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olmuşdur.

22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. 2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.

Seçilən
99
unikal.az

1Mənbələr