Bakı, 10 dekabr, AZƏRTAC
Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəddə postmünaqişə dövrünün reallıqları təhrif edilib. Burada sülh gündəliyinə zidd olan məsələlər öz əksini tapıb. Sənədin həm giriş hissəsində, həm də bəzi bölmələrində Qarabağdan könüllü şəkildə Ermənistana miqrasiya edən sakinlərə istinadən “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsi işlədilib. Bununla yanaşı, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törətməkdə ittiham olunan və məhkum edilmiş erməniəsilli şəxslər “əsir” statusunda qeyd edilib. Sənəddə yer alan və postmünaqişə reallıqlarını təhrif edən bütün müddəalar Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir.
AZƏRTAC mövzu ilə bağlı videomaterialı təqdim edir.