AZ

Bakıda icarəyə götürdüyü maşınlakobud qayda pozan sürücü qəza törətdi- ANBAAN VİDEO

"Mercedes-Benz" avtomobil şirkəti rəsmi olaraq yeni təyinatını elan edib.

Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, konsernin "Mercedes-AMG" bölməsinə " Porsche Taycan" layihəsinə rəhbərlik edən və elektrikli "Porsche Cayenne"in yaradılmasında fəal iştirak edən menecer Ştefan Vekbax rəhbərlik edəcək.

Məlumata görə, Vekbax vəzifəsinin icrasına gələn il iyulun 1-də başlayacaq.

O, "Porsche"də elektrik nəqliyyat vasitələri üzrə vitse-prezidenti və direktor vəzifələrini tutub.

Vekbax elektrik nəqliyyat vasitələri sahəsini fəal şəkildə araşdıran "Mercedes-AMG" bölməsinə rəhbərlik edəcək. AMG-dən əlavə, ona "Mercedes-Benz" model xəttinin ən bahalı və nüfuzlu hissəsi olan "Top End Vehicles" həvalə ediləcək. Buraya adətən "Maybach", "G-Class" və eksklüziv məhdud sayda istehsal olunmuş modellər daxildir.

Seçilən
46
avtosfer.az

1Mənbələr