AZ

Şəhidimiz Orxan Novruzəlizadənin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Orxan Novruzəlizadə 10 dekabr 1998-ci ildə Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub.

QHT.az xəbər verir ki, o, 2016-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2020-ci ildə isə Quru Qoşunlarının "Müddətdən artıq həqiqi hərbi xidmət" kursunu bitirərək yenidən ordu sıralarına qayıdıb. Vətən müharibəsinin də iştirakçısı olan Orxan Novruzəlizadə Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində xidmət edən Orxan Novruzəlizadə 2023-cü ilin 11 may tarixində erməni hərbi birləşmələri tərəfindən törədilən təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Ruhu şad olsun!

 

Seçilən
45
qht.az

1Mənbələr