"Monako"nun futbolçusu Pol Poqba dünyada ilk dəfə peşəkar dəvə yarışı komandasının yaradılmasına dair tərəfdaşlıq sazişi imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə "Athletic" məlumat yayıb.
“Bu idmana olan marağım son illərdə Yaxın Şərqdə daha çox vaxt keçirməyə başladığım dövrdən qaynaqlanır. Buraya hər gəlişimdə mədəniyyət, insanlar və ənənələr məni daha çox heyran edirdi. Dəvə yarışları mövzusu daim diqqətimi çəkirdi, söhbətlərdə, yerli tədbirlərdə, hətta səyahətlər zamanı gördüyüm xırda detallarda belə. Buna görə də mövzunu daha dərindən araşdırmağa başladım. Nə qədər çox öyrənirdimsə, bir o qədər maraqlı gəlirdi. Bu idmanın arxasında bütöv bir dünya dayanır. Tarix, qohumluq bağları, rəqabət, qürur”, – deyə Poqba bildirib.
Səudiyyə Ərəbistanının idmana yatırdığı investisiyalara münasibət bildirən Poqba əlavə edib:
“Bu region dünya idmanının mühüm mərkəzinə çevrilir və dəvə yarışları da diqqətə layiqdir”.