AZ

Hindistan Rusiya ilə bağlı qərar verdi

Hindistan Rusiyadan neft idxalını artırıb. Ölkənin ümumi idxalının 60 faizindən çoxuna nəzarət edən yeddi ən böyük neft emalı zavodundan dördü son günlərdə təxminən on partiya Rusiya nefti alıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, dövlətə məxsus Indian Oil və Bharat Petroleum şirkətləri bir neçə gün ərzində sanksiyalara məruz qalmayan Rusiya neftindən ümumilikdə təxminən on partiya əldə ediblər. Bununla belə, Rusiya neftinin ən böyük alıcısı olan Reliance şirkəti hazırda bu tədarüklərdən imtina edir. Şirkət uzunmüddətli müqaviləsi olsa belə, ABŞ və Avropa sanksiyalarını pozmaq istəmədiyi üçün yeni partiyalara yaxınlaşmır.

Hindistanlı treyderlərin bildirdiyinə görə, hazırda Rusiya nefti bazarda təxminən 40–45 dollar arasında satılır ki, bu da ölkənin Rusiyaya marağını artıran əsas faktor kimi göstərilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
29
1
konkret.az

2Mənbələr