Yaponiyanın şimalında güclü zəlzələ riski ilə bağlı hökumət xəbərdarlıq yayıb.
KONKRET.az xəbər verir ki, The Guardian yazır ki, mütəxəssislərin qiymətləndirməsinə görə, mümkün yeraltı təkanların gücü 8 baladək çata bilər. Bunun başvermə ehtimalı isə nisbətən aşağıdır.
Xəbərdarlıq, Honşu adasının ən şimal hissəsi olan Aomori prefekturasının şərq sahillərində qeydə alınmış 7,5 maqnitudalı güclü zəlzələdən sonra edilib.
Rəsmilər bildiriblər ki, bu preventiv addım əhalinin mümkün təkrar təkanlara daha yaxşı hazırlaşmasına kömək etməlidir. Sismik təhlükənin yüksəlmiş səviyyəsi növbəti bir həftə ərzində davam edəcək. Bu səbəbdən xüsusilə sahilyanı ərazilərdə yaşayanlar maksimum diqqətli olmağa çağırılıb.
Müşviq Tofiqoğlu
KONKRET.az