AZ

Azərbaycan Texniki Universiteti əcnəbi tələbələrə hazırlıq kurslarında təhsil imkanı təqdim edir

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycan Texniki Universiteti əcnəbi tələbələrə bakalavriat, magistratura və doktorantura səviyyələrində, eləcə də hazırlıq kurslarında təhsil imkanı təqdim edir. Tədris Azərbaycan, türk, ingilis və rus dillərində aparılır.

AzTU-nun mətbuat katibi Sevinc İskəndərova AZƏRTAC-a açıqlamasında bildirib ki, əgər tələbənin seçdiyi dil üzrə bilik səviyyəsi kifayət deyilsə və bunu təsdiq edən sənədi yoxdursa, o, hazırlıq kurslarına yönləndirilir. Hazırlıq mərhələsini uğurla başa vurduqdan sonra tələbə dil bacarıqlarını təkmilləşdirir və seçdiyi təhsil səviyyəsi üzrə əsas təhsilə başlayır.

Seçilən
23
azertag.az

1Mənbələr