AZ

2025-ci il başa çatır: Nostradamus və Vanqanın proqnozları doğruldu?

İlin sonu yaxınlaşdıqca, insanlar tez-tez gələcəklə bağlı proqnozlarla maraqlanırlar. Çox vaxt Nostradamusun və gələcəyi aydın görən kor bolqar Vanqanın uzaqgörənliyinə xüsusi diqqət yetirilir. Nostradamus 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombaları, Vanqa isə 11 sentyabr hücumlarını və COVID pandemiyasını proqnozlaşdırmışdılar.

Publika.az xəbər verir ki, xarici mətbuat bununla bağlı araşdırma aparıb.

Bəs bu iki şəxs 2025-ci ildə Yer kürəsinin başına gələcək taleləri və faciələri dəqiq proqnozlaşdırmışdımı?

Nostradamus bir dəfə demişdi: "Avropa ölkələrinin sakinləri İngiltərənin arxalarında öz taxt-tacını qurduğunu görəndə onun cinahlarında amansız müharibələr başlayacaq. Krallığı amansız müharibələr bürüyəcək, daxildən və xaricdən düşmənlər yaranacaq. Keçmişin böyük bəlası geri qayıdır və göylərin altında daha ölümcül düşmən yoxdur".

İlə nəzər salanda məlum olur ki, Britaniya heç bir qlobal münaqişədə birbaşa iştirak etməyib, lakin hər şeydə dolayı əli var. Bu, xüsusilə Ukrayna münaqişəsində özünü büruzə verdi.

Seçilən
57
publika.az

1Mənbələr