AZ

"Tottenhem"dən tarixi ilk

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda öz meydanında "Slaviya"nı (Çexiya) 3:0 hesabı ilə məğlub edən "Tottenhem" şəxsi rekordunu yeniləyib.

Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, London təmsilçisi tarixində ilk dəfə ÇL-də (əvvəlki adı Avropa Çempionlar Kuboku) ardıcıl 4 ev oyununda qol buraxmayıb.

Sözügedən komandanı daha öncə öz meydanında "Milan" (0:0), "Vilyarreal" (1:0) və "Kopenhagen" (4:0) məyus edə bilməyib.  

"Tottenhem" ÇL-dəki növbəti matçını yanvarın 20-də Dortmund "Borussiyası"na qarşı keçirəcək. Paytaxt təmsilçisinin turnirin əsas mərhələsindəki son rəqibi isə Frankfurt "Ayntraxt"ıdır.

Nihat

Seçilən
25
1
fanat.az

2Mənbələr