AZ

Telegraph: İstənilən razılaşma Ukrayna üçün ağır olacaq

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna üzrə istənilən sülh razılaşması Kiyev üçün son dərəcə ağır şərtlərlə nəticələnəcək.

BAKU.WS xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Nəşrin yazdığına əsasən, hazırkı hərbi və siyasi vəziyyət fonunda Ukraynanın danışıqlarda üstün mövqe qazanmaq şansı yoxdur.

"Döyüşləri dayandıracaq istənilən razılaşma Ukrayna üçün ərazi məsələlərində, geosiyasi münasibətlərdə və hətta xarici siyasət sahəsində olduqca əlverişsiz şərtlərdən ibarət olacaq. Bu, Kiyev üçün acı və sarsıdıcı bir proses olacaq",-deyı məqalədə bildirilib.

Qeyd edək ki, Ukrayna müharibənin gedişatını öz xeyrinə dəyişə bilmir. Son aylarda cəbhədə irəliləyiş əldə edilmədiyi, əksinə, vəziyyətin daha da çətinləşdiyi bildirilir. Bunu Ukraynanın ən sadiq Qərb tərəfdaşları da açıq şəkildə etiraf etməyə başlayıblar. Hərbi imkanların tükənməsi, sursat qıtlığı, insan resurslarının azalması və dəstəyin qeyri-müəyyənliyi Kiyevin manevr imkanlarını daha da məhdudlaşdırır.

Bundan əvvəl "The American Conservative" jurnalı yazmışdı ki, Rusiya ordusunun Donetskin Pokrovsk şəhərini ələ keçirməsi Ukrayna münaqişəsinin gələcək həllinə birbaşa təsir göstərir. Cəbhədə hər yeni Rusiya irəliləyişi danışıqlarda şərtlərin daha çox Moskvanın xeyrinə formalaşmasına gətirib çıxarır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
baku.ws

2Mənbələr