ain.az, Reyting.az portalına istinadən məlumat yayır.
Papa XIV Leon ABŞ prezidenti Donald Trampın Avropanın tənəzzüldə olduğu və liderlərinin “zəif” sayıldığı barədə dediyi son fikirlərə münasibət bildirib.
Reyting.az “Sky News”ə istinadla xəbər verir ki, jurnalist ondan Amerika sülh planını Ukrayna üçün ədalətli hesab edib-etmədiyini soruşduqda, Papa “bu barədə şərh verməməyi üstün tutduğunu” deyib.
O, daha sonra əlavə edib: “Düşünürəm və təəssüf edirəm ki, gördüyüm bəzi məsələlər illərdir Avropa və ABŞ arasında mövcud olan həqiqi ittifaqda böyük bir dəyişikliyin baş verdiyini göstərir”. Onun fikrincə, bu cür açıqlamalar bu gün və gələcəkdə “çox vacib bir ittifaq kimi qalmalı olan” münasibətləri sarsıtmağa yönəlib.
Sonra Papa birbaşa ABŞ prezidentini nəzərdə tutaraq deyib: “Bu, prezident Tramp və onun müşavirlərinin hazırladığı proqramdır”.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.