“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin anım günü” ilə bağlı silsilə tədbirlərin keçirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən, “Heydər Əliyev-dövlətçilik və liderlik məktəbi” adlı konfrans keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP rayon təşkilatının sədri Samir Qocayev, bir qrup partiya fəalları, ağsaqqallar və ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Sonra tədbir YAP rayon təşkilatının inzibati binasının akt zalında davam etdirilib. Tədbirdə Ümummilli Liderimizin əziz xatirəsi ehtiramla yad edilib, Heydər Əliyevin dövlət idarəçilik fəaliyyətini əks etdirən videoçarx izlənilib, sonra mövzu ətrafında çıxışlar dinlənilib.