AZ

Azərbaycan Şərq və Qərb arasında etibarlı strateji körpüdür ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz xarici siyasət kursunu çoxdan müəyyənləşdirib və bu istiqamətdə ardıcıl olaraq dayanıqlı addımlar atır. Azərbaycanın əsas prioritetlərindən biri qlobal nəqliyyat və logistika əməkdaşlığında fəal rol oynamaqdır.

Bu gün Azərbaycan Şərqlə Qərb arasında vacib körpü kimi çıxış edir. Son illər həyata keçirilən böyük infrastruktur layihələri, nəqliyyat sektoruna qoyulan sərmayələr və regional əməkdaşlığın genişləndirilməsi ölkəmizi Avrasiyanın nəqliyyat xəritəsində mühüm strateji məkana çevirib.

Azərbaycanın fəal şəkildə iştirak etdiyi Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bu əməkdaşlığın ən önəmli hissələrindən biridir. Orta Asiyanı Avropa ilə qovuşduran bu marşrut, təhlükəsizliyi, etibarlılığı və səmərəliliyi ilə seçilir. Marşrutun əsas hissəsinin ölkəmizin ərazisindən keçməsi Azərbaycanın tranzit imkanlarını daha da artırır və regionda geostrateji rolunu möhkəmləndirir.

Bu siyasət Azərbaycanı təkcə nəqliyyat dəhlizlərinin mərkəzinə çevirmir, həm də ölkənin beynəlxalq nüfuzunu genişləndirir, iqtisadi əlaqələrini gücləndirir və yeni əməkdaşlıq perspektivləri açır.

Ellada Hacıyeva,

YAP Qusar rayon təşkilatının fəal üzvü

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
sesqazeti.az

1Mənbələr