Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Strateji Əməkdaşlıq sənədinin bölgəyə potensial mənfi təsirləri və xüsusilə də Azərbaycana qarşı qərəzin ifadə olunması, Bakı və İrəvan arasında normallaşma prinsiplərinə və şərtlərinə zərər verə bilər.
Bunu Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. ehtimalını artırır. O bildirib ki, Aİ sənədində Azərbaycanın təhlükəsizlik mənafeləri və suverenliyinə dair narahatçılıqlar Avropa Birliyi tərəfindən nəzərə alınmırsa, bu vəziyyətdə Azərbaycan tərəfinin haqlı irad və tələbləri qarşısında cavab verməli olacaqlar:
“Həmçinin iki ölkə arasında normallaşma strategiyasına ciddi şəkildə zərbə vurur və sülh sazişinin imzalanmasına dair əldə olunan razılaşmaları yenidən risk altına qoyur. Aİ-nın Ermənistana daha dərin siyasi-iqtisadi və təhlükəsizlik əlaqələrinin qurulması istiqamətində təklifləri həmçinin Moskva başda olmaqla regionda digər ölkələrin geosiyasi maraqlarına ziddir və bu güclərin narahatçılıqlarına səbəb olur. Belə olan halda, regionda cərəyan edən geosiyasətin daha çox qütbləşməsi müşahidə olunacaq və bunun da nəticəsində gərginliyin artması regionda istər siyasi, istər iqtisadi baxımdan artacaq”.
Süleyman