AZ

Nazirlik: Mədəniyyətlə bağlı qanunların əksəriyyəti 20–25 il əvvəl qəbul edilib, müasir çağırışları tam əks etdirmir


Qanunların əksəriyyəti 20–25 il əvvəl qəbul edilib və müasir çağırışları tam əks etdirmir
APA xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Hüquq şöbəsinin müdiri Gülər Mikayılova Bakıda ilk dəfə keçirilən “Mədəniyyət və hüquq: Müasir Çağırışlar" Forumunda “Mədəniyyət və Hüquq” panel müzakirəsi zamanı deyib.
O qeyd edib ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Kinematoqrafiya haqqında” və “Kitabxana işi haqqında” qanunları 1998-ci ildə qəbul edilib və zamanın tələbləri ilə uzlaşmır.
“Mövcud qanunvericilikdə müxtəlif sahələr üzrə paralel tənzimləmə normaları pərakəndəlik yaradır. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Muzeylər haqqında” qanunlarda folklor, xalça sənəti, muzey fəaliyyəti ayrı-ayrılıqda tənzimlənir. Bu münasibətlərin müxtəlif normativ hüquqi aktlar üzrə bölünməsi mədəniyyət sahəsində hüquqi tənzimləmənin pərakəndə və sistemsiz xarakter almasına səbəb olur”, Gülər Mikayılova bildirib.

Seçilən
36
3
apa.az

6Mənbələr