AZ

NATO Moldovaya növbəti hərbi yardım partiyasını çatdırıb

NATO Moldovaya növbəti hərbi yardım partiyasını çatdırıb

NATO ölkələrindən gələn növbəti hərbi yardım paketi Müdafiə Potensialının Gücləndirilməsi təşəbbüsü (DCBI) çərçivəsində Moldovaya təhvil verilib.

AFN.az xəbər verir ki, Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, göndərilən paket fərdi müdafiə vasitələrini — dəbilqələr və kimyəvi müdafiə kostyumları, tibbi maketlər, kompüter texnikası, avtomobillər və mebelləri əhatə edir. Avadanlıqların dəyəri və miqdarı açıqlanmayıb.

2025-ci ildə Moldova hökuməti yeni hərbi strategiya qəbul edib. Sənəd ölkənin hərbi xərclərinin ÜDM-in 1%-inə qədər artırılmasını, Silahlı Qüvvələrin sayının 30% yüksəldilərək 8,5 min hərbçi və 2 min mülki şəxsə çatdırılmasını nəzərdə tutur. Strategiyada həmçinin silahlanmanın modernləşdirilməsi, hərbi hazırlıqda NATO və Aİ standartlarına keçid, Ukrayna ilə hərbi əməkdaşlığın gücləndirilməsi də yer alıb.

Seçilən
20
afn.az

1Mənbələr