AZ

SOCAR və “MVM Group” regional enerji təhlükəsizliyi üzrə əməkdaşlığı dərinləşdirir (FOTO)

Bakı. Trend:

10 dekabr 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf“MVM Group”un baş icraçı direktoru Karoly Matrai ilə görüşüb.

Trend xəbər verir ki, bubarədə SOCAR məlumat yayıb.

Görüşdə şirkətlər arasında enerji sektorunun müxtəlifistiqamətləri üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, carilayihələr və gələcək tərəfdaşlıq imkanları ətrafında fikirmübadiləsi aparılıb.

Tərəflər qaz tədarükü, infrastruktur layihələri, davamlı enerjihəlləri və regional tərəfdaşlıq istiqamətləri üzrə əməkdaşlığıngenişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Görüş çərçivəsində SOCAR ilə “MVM ONEnergy” arasında təbii qaztəchizatına dair yeni saziş imzalanıb. 1 yanvar 2026-cı ildənqüvvəyə minəcək saziş Azərbaycan ilə Macarıstan arasında stratejienerji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmətedir.

Təbii qaz təchizatına dair yeni saziş şirkətlər arasında əvvəlkimüqavilə əsasında hazırlanıb. Son illər ərzində hər iki şirkətuğurlu, etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinidavam etdiriblər. Tərəfdaşlığın uzadılması hər iki tərəfinuzunmüddətli enerji əməkdaşlığına və regional enerjitəhlükəsizliyinə sadiqliyini əks etdirir.

SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
SOCAR
Məqalədə:
Seçilən
57
14
az.trend.az

10Mənbələr