Türkiyədə kikboksçu qız rusiyalı modeli döyüb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuat məlumat yayıb. 63 yaşlı iş adamının partisində qısqanclıq zəminində baş verən davada rusiyalı qız xəsarət alıb.
Hadisə Türkiyədə, nüfuzlu iş adamı Adnan Dalqakıranın ad günü məclisində baş verib.
25 yaşlı rusiyalı model Mariya internetdə tanış olduğu oğlanın dəvəti ilə İstanbul Sənaye Palatasının sədr müavini və digər mühüm vəzifələr tutan 63 yaşlı sahibkarın partisinə qatılıb.
Mariyanın sözlərinə görə, gecə ərzində ad günü sahibi ona maraq göstərib, göz vurub, qucaqlayıb və gecənin davamı üçün eyhamlar vurub. Lakin biznesmenin ətrafında olan digər bir qadın – kikboksçu Büşra Karakaş buna qısqanclıqla yanaşıb.
Rusiyalı model iddia edir ki, o və iş adamı təklikdə qalmaq istəyərkən Büşra qışqıraraq ona hücum çəkib. Zərbə nəticəsində Mariya yıxılıb və başı bərk dəyib.
İddiaya görə, Adnan Dalqakıran döyülmə səhnəsini kənardan izləyib və heç bir müdaxilə etməyib.
İnsidentdən sonra Mariyada şiddətli baş ağrıları, ürəkbulanma və qusma halları olub. Model həm iş adamının, həm də aqressiv rəqibinin cəzalandırılması xahişi ilə Türkiyə polisi və prokurorluğuna ərizə yazıb.
Xuraman Etibarlı
İnterpress.az