AZ

“Azercell”in növbəti gizli tarif dəyişikliyi… DİQQƏTLİ OLUN!

Azərbaycanın əsas mobil operatorlarından olan Azercell yenidən abunəçilərin narazılığına səbəb olub. Sosial şəbəkələrdə yayılan məlumata görə, şirkət Gigamax+ və digər internet paketləri ilə bağlı mühüm dəyişiklikləri nə SMS, nə bildiriş, nə də tətbiq üzərindən elan etmədən, səssizcə həyata keçirib.

Tribina.az xəbər verir ki, dəyişikliyi üzə çıxaran və ictimailəşdirəm şikayətçi Natiq İmanov bildirib ki, tarif dəyişikliyi barədə qəzet və Azercell-in rəsmi səhifəsində 1 ay əvvəl yerləşdirilmiş məlumatdan başqa heç bir xəbərdarlıq olmayıb.
Abunəçilərin böyük əksəriyyəti isə bu barədə yalnız texniki dəstək yazışmalarında təsadüfən öyrənir.
Paylaşılan şəkillərdə “Azercell”in cavabları narazılığı daha da artırıb.
Abunəçilərin ən böyük iradı isə odur ki, “Azercell” bu dəyişiklikləri tətbiq edildiyi gün bir bildirişlə elan edə bilərdi, lakin bunu etməyib. Məlum olur ki, şirkət sadəcə olaraq tarifləri bağlayıb və müştərilərin narazılığı “qeydə alınıb” cavabı ilə kifayətlənir.
Sosial şəbəkə istifadəçiləri sual edir:
“Niyə ölkənin ən böyük operatoru öz müştərilərindən məlumatı gizlədir? Tariflər dəyişirsə, niyə SMS gəlmir? Niyə insanlar yalnız təsadüfən chat yazışmalarında xəbər tutur?”.
“Azercell” dən hələlik geniş açıqlama verilməyib.
Qarşı tərəfin mövqeyini öyrənməyə cəhd etsək də, bizim də zənglərimizə cavab verən olmadı.
Gülşən Rəsul



Seçilən
13
1
yenilik.az

2Mənbələr