AZ

"İvanişvili rejimi Ermənistan-Azərbaycan nizamlanmasına mane olur" - Saakaşvili

"Ölkənin korrupsioner hakimiyyəti Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olur". 

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib. 

Hazırda həbəsdə olan eks-prezident "Facebook səhifəsində yazıb: "Məsələ burasındadır ki, Azərbaycan neft məhsullarının Ermənistana müntəzəm tədarükü ilə bağlı tarixi qərar qəbul edib ki, bu da hazırda yalnız Gürcüstan dəmir yolları ilə mümkündür. Elə bir tarif qoyulub ki, bundan birdəfəlik imtina etmək daha yaxşı olardı.

İvanişvilinin heç kimin belə tarifi ödəyə bilməyəcəyini bilməməsi mümkün deyil, ona görə də burada məqsəd Ermənistanla Azərbaycan arasında yaxınlaşma siyasətinə mane olmaqdır. Bilmirəm, onlar Trampın diqqətini cəlb etmək istəyirlər, yoxsa sadəcə Moskvanın gündəliyini yerinə yetirirlər".

Saakaşvilinin sözlərinə görə, hamının gözü qarşısında geosiyasi dram oynanılır.

Onu da deyək ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Azərbaycan neft məhsullarının Ermənistana ilk tranziti üçün gömrük rüsumu almayacağını açıqlamışdı. Növbəti daşımalar üçün tarif bəlli deyil. 

Ağarza Elçinoğlu 

Seçilən
106
50
unikal.az

10Mənbələr