Bakı.Trend:
Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün yeni mobiltətbiq istifadəyə verilib. “Rəqəmsal məktəb” layihəsi çərçivəsindəhazırlanan “Müəllim” tətbiqi mövcud elektron jurnalın funksionalimkanlarını genişləndirir və istifadəçilərə sistemə mobil telefonvasitəsilə daha rahat və operativ çıxış imkanı yaradır.
Trend xəbərverir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tətbiq müəllimlərə tədrisin planlaşdırılması,şagirdlərin davamiyyətinin operativ şəkildə qeydə alınması,akademik nəticələrin izlənilməsi, həmçinin formativ və summativqiymətləndirmələrin daxil edilməsi kimi əsas prosesləri mobilmühitdə idarə etmək imkanı verir.
Tətbiqin hazırlanmasında təhlükəsizlik və məlumatların qorunmasıxüsusi prioritet kimi nəzərə alınıb.
Hazırda “Müəllim” tətbiqi “Rəqəmsal məktəb” layihəsində iştirakedən Bakı şəhərinin ümumi təhsil müəssisələrində istifadə olunur.Mobil tətbiqin mərhələli şəkildə ölkə üzrə bütün təhsilmüəssisələrində tətbiqi planlaşdırılır ki, bu da təhsilidarəetməsinin vahid rəqəmsal platforma üzərindən daha səmərəlikoordinasiyasına əhəmiyyətli töhfə verəcək.
Qeyd edək ki, tətbiq həm iOS, həm də Android əməliyyatsistemləri üçün hazırlanıb. İstifadəçilər tətbiqi müvafiqplatformalarda “Müəllim” adı ilə axtarış edərək yükləyəbilərlər.