ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət katibi Hillari Klintonu onun son “şüşə tavanını” aşa bilmədiyi üçün ələ salıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniyanın “ İndependent” nəşri yazıb.
"Bir gün şüşə tavanı sındıran bir qadınımız olacaq. Bunu Hillari Klinton edəcək" deyən Tramp, Klintonun ABŞ-nin ilk qadın prezidenti ola biləcəyinə işarə edib.
Hillari Klinton 2016-cı il seçkilərində Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olub.