Mavritaniya səhrasının dərinliyində yerləşən ucqar bir kənd dünyanın ən qeyri-adi həyat tərzlərindən birinə ev sahibliyi edir.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, buradakı fərqlilik kəndin demək olar ki, əhalisinin hamısının gözdən əlil olmasıdır.
Əsrlər boyu davam edən genetik pozğunluq səbəbindən demək olar ki, bütün kənd əhalisi kordur.
Bu unikal vəziyyət bölgəni elmi tədqiqatlar və sənədli layihələr üçün mərkəzə çevirib.
Elektrik enerjisi, internet və müasir həyatın əsas ehtiyaclarının olmadığı kənddə həyat ənənəvi üsullarla davam edir. Xarici dünya ilə çox məhdud təmasda olan kəndlilər gündəlik həyatlarını nəsillər boyu inkişaf etdirilmiş təcrübələr vasitəsilə davam etdirirlər. İcma daxilində güclü həmrəylik çətin şərtlərə baxmayaraq həyatı mümkün edir.
Mütəxəssislər bildirirlər ki, kənd əhalisinin görmə itkisinin mənşəyini araşdırarkən bölgənin uzunmüddətli təcrid olunmasının həlledici rol oynadığı qənaətinə gəliblər.
Qeyd olunur ki, təcrid olunmuş struktur genetik xəstəliyin nəsillərdən nəsillərə ötürülməsinə və günümüzə çatmasına yol açıb.
Billurə

