Dekabrın 9-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) yeni nəşrinin təqdimat mərasimi keçirilib.
QHT.az xəbər verir ki, müəllif, İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev bildirib ki, “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı ideyaların həyata keçirilməsi, bu prosesin hüquqi əsasları, eləcə də siyasi və tarixi paralellər üzrə geniş araşdırmanı əhatə edir. Kitabda Prezident İlham Əliyevin müharibə dövründəki çıxış və bəyanatları, həmçinin BMT Nizamnaməsi, beynəlxalq humanitar hüquq və digər beynəlxalq sənədlərə əsasən hüquqi aspektdən təhlil olunur.
Tədbirdə universitetin 21 tələbəsi və pedaqoji kollektivi müəllifin yeni nəşri ilə yaxından tanış olaraq kitabın mahiyyəti, elmi yenilikləri, o cümlədən Vətən müharibəsinin siyasi, hüquqi və tarixi aspektləri barədə ətraflı məlumat əldə ediblər.