AZ

BMW-yə yeni baş direktor təyin edilib

Milan Nedeljkovic Almaniyanın lüks avtomobil istehsalçısı BMW şirkətin yeni Baş direktoru (CEO) təyin edilib.

Marja.az xəbər verir ki, rəsmi məlumata görə, Nedeljkoviç 14 may 2026-cı ildən vəzifəsinin icrasına başlayacaq və hazırkı Baş direktor Oliver Zipse-ni əvəz edəcək.

1993-cü ildə şirkətə qoşulan Milan Nedeljkoviç uzun illərdir BMW-də müxtəlif vəzifələrdə çalışıb. Hazırda istehsaldan məsul rəhbər kimi fəaliyyət göstərən Nedeljkoviç brendin qlobal istehsal şəbəkəsini və transformasiya prosesini idarə edir.

BMW Nedeljkoviçlə 2031-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb. Yeni Baş direktor şirkətin elektrikləşmə və rəqəmsal transformasiyaya yönəlmiş “Neue Klasse” strategiyasının icrasına cavabdeh olacaq. Bu dövrdə BMW-nin məhsul portfelinin yenilənməsi, istehsal proseslərinin modernləşdirilməsi və brendin qlobal miqyasda böyüməsi hədəflənir.

Digər tərəfdən, avtomobil sektorunda yüksək vəzifəli rəhbər dəyişikliyi davam edir. Bir müddət öncə Mercedes-AMG-nin də yeni Baş direltoru (CEO) açıqlanıb. Porsche-nin ilk tam elektrikli modeli Taycan-ın hazırlanmasında mühüm rol oynayan Stefan Vekbax 1 iyul 2026-cı ildə Mercedes-AMG-nin baş direktoru kimi Maykl Şibenin yerini alacaq.

Vekbax CEO vəzifəsindən əlavə, Mercedes-Benz tərkibində G-Class və Maybach markalarına da rəhbərlik edəcək. Təcrübəli menecer 2023-cü ildə Volkswagen Qrupunda yüksək səviyyəli strateji vəzifədə çalışmışdı.

BMWMilanNedeljkovicCEODeişikliyiBMWYeniCEOOliverZipseBMWİstehsalRəhbərliyiNeueKlasseStrategiyasıBMWElektrikləşməBMWRəqəmsalTransformasiyaAvtomobilSənayesi2026ŞirkətRəhbərDəyişiklikləriMercedesAMGYeniCEOStefanVekbaxMayklŞibeMercedesBenzRəhbərlikAvtomobilSənayesiLiderləriPorscheTaycanVolkswagenQrupPremiumAvtomobilBazarıAlmanAvtomobilSənayesi
Seçilən
59
marja.az

1Mənbələr