AZ

Səhiyyə Nazirliyi həkimlərin sertifikasiyasında yeni qaydalara aydınlıq gətirib

Bakı. Trend:

Sertifikasiyada yeni qaydalara əsasən ekvivalent ballar müəyyənedilir.

Trend xəbərverir ki, bunu Səhiyyə Nazirliyi Tibb MüəssisələrininAkkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyəmütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılovacanlı yayımda sertifikasiya üzrə yeniliklərdən danışarkənbildirib.

Onun sözlərinə görə, 26 noyabr tarixində təsdiqlənmiş qəraraəsasən növbəti illər üçün sertifikasiyada akreditasiya ballarıhazırlanır:

“Səhiyyə Nazirliyi tərəfindən elmi fəaliyyəti nəzərə alınmaqla,ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almıştibb işçiləri üçün ayrıca akreditasiya balları hesablanacaq. Elmiişləri olanlar, Ali Attestasiya Komissiyası tərəfindən təsdiqedilmiş məcmuə və jurnallarda məqaləsi dərc olunanlar, həmçininölkə daxilində və xaricdə elmi jurnallarda yazıları yayımlananlarüçün xüsusi ekvivalent ballar təyin ediləcək”.

Şərafət İsmayılova əlavə edib ki, ali və orta ixtisaslıkadrların pedaqoji fəaliyyəti, eləcə də müstəqil pedaqoji fəaliyyət(ezamiyyətlər, təlimlər və s.) üzrə də ayrıca ekvivalent ballarhesablanacaq.

Qaydaların gələcəkdə orta tibb işçiləri və əczaçılar üçün dətətbiqi nəzərdə tutulur.

Məqalədə:
Seçilən
41
az.trend.az

1Mənbələr