“Ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” Qərarına, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı”na və “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında” Qərarına uyğun qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır".
Bu, “Yeni Sabah”ın sorğusuna cavabda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.
verilən açıqlamada məktəblərin bufet və yeməkxanalarında iaşə xidmətinin mövcud qaydalara uyğun təşkil edildiyini bildirilib:
Agentlikdən əlavəolunub ki, “Təhsil haqqında” Qanununun 28.2. bəndinə əsasən, təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir".
MÜTDA əlavə edib ki, bağlanan müqavilələr əsasında məktəblərdə iaşə xidməti göstərilir və bu qurumlar fəaliyyətlərinə görə məsuliyyət daşıyır:
“Bu işdə uzun müddət təcrübəsi olan hüquqi və fiziki şəxslər ilə bağlanan müqavilələr əsasında təhsil müəssisələrində iaşə xidməti göstərilir. Məktəblərdə bufet və yeməkxanaların fəaliyyətinə görə bağlanmış müvafiq müqavilə çərçivəsində iaşə xidməti göstərən müəssisələr məsuliyyət daşıyır. Bununla belə, məktəblərdəki bufet və yeməkxanalara mütəmadi olaraq aidiyyəti dövlət qurumları ilə birgə nəzarət tədbirləri həyata keçiriilir. Aparılan monitorinqlərin nəticələri təhlil olunur və ehtiyac olduğu halda zəruri tədbirlər görülür”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız