AZ

Ərdoğan sabah Türkmənistana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 11-də Türkmənistana səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran özünün sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, Ərdoğan burada keçiriləcək “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda iştirak edəcək.

Duran qeyd edib ki, Ərdoğan burada iştirakçı ölkələrin, xüsusən də ev sahibi Türkmənistanın dövlət və hökumət başçıları ilə görüşləri də gözlənilir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
44
missiya.az

1Mənbələr