AZ

Astaranın bəzi kəndlərində qaz olmayacaq

Bakı.Trend:

Astara rayonununda 7 800 abonentin təbii qaz təchizatı müvəqqətiolaraq dayandırılacaq.

Trend xəbərverir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Astara rayonunun “Şahağacı” qaz paylayıcıstansiyasında istismarda olan metal qaz xəttinin üzərində yerləşənsiyirtmədə aşkarlanmış qaz sızmasının aradan qaldırılması məqsədilə11 dekabr 2025-ci il tarixdə saat 10:00-dan işlər tamamlananadəkSiyəkü, Vaqo, Niləşə, Binəbəy, Həsin, Lələkəpeştə, Şağlazüzə,Siyakeş, Şıxaməhəllə, Rinə, Pensər, Çayoba, Kakalos, Kolatan, BalaŞahağacı, Qamışoba, Şiyəkəran, Şahağacı, Təngərüd, Maşxankəndlərinin və Kijəbə qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 7800 abonentin təbii qaz təchizatının müvəqqəti olaraqdayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı vətəhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahişedirik.

Seçilən
20
7
az.trend.az

10Mənbələr