AZ

Baku TV nin rejissoru Mətləb Muxtarovun çəkdiyi film ən yaxşılar sırasında

ain.az bildirir, Baku.ws portalına istinadən.

Dekabrın 9-da Nizami Kino Mərkəzində XVI Bakı Beynəlxalq Film Festivalının bağlanış və mükafatlandırma mərasimi olub.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkilatçılığı ilə "Baku Cinema Breeze 25" film festivalı çərçivəsində keçirilib.

Festivalda yerli müsabiqədə "Ən yaxşı bədii film" nominasiyasında rejissor Nurlan Həsənlinin "Erkən hisslər" filmi, "Ən yaxşı sənədli film" nominasiyasında isə Baku TV-nin əməkdaşı Mətləb Muxtarovun "Yaddaş sarayları" filmi qalib olub.

Ətraflı videomaterialda:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
baku.ws

1Mənbələr