AZ

U-17 Almaniyaya rəqib oldu

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027 mövsümü üzrə I seçmə mərhələnin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. 

2-ci qrupda yer alan U-17 Almaniya, Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.

Qrupun oyunları Almaniyada keçiriləcək. U-17 2026-cı il noyabrın 11-də meydan sahibləri ilə, üç gün sonra Şimali İrlandiya, noyabrın 17-də Litva ilə üz-üzə gələcək. 

Seçilən
9
fanat.az

1Mənbələr