AZ

Titanik in aktrisası plastik əməliyyatı “epidemiya” adlandırdı

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Titanik" filminin ulduzu Keyt Uinslet plastik əməliyyatı “epidemiya” adlandırıb.

Axşam.az xəbər verir ki, aktrisa plastik cərrahiyyənin və arıqlama dərmanlarının dünyada hədsiz dərəcədə normallaşmasını tənqid edib. O, "The Times"a müsahibəsində bildirib ki, gənc qadınlar artıq gözəlliyin nə olduğunu dərk etmir, sosial şəbəkələrdə ideal görünməyə aludə olublar.

Uinslet xanımlara cəmiyyətə özlərini olduqları kimi qəbul etməyi tövsiyə edib. Aktrisa vurğulayıb ki, insanın özünə qoyduğu dəyər yalnız xarici görünüşə bağlı olmamalıdır:

“Bu, həm qorxunc, həm də fəlakətdir. O qədər insan arıqlama dərmanlarından istifadə edir ki, bu artıq normal hal kimi qəbul olunur.”

Aktrisa arıqlama preparatlarının zərərsiz olmadığını, bir çox insanın sağlamlığını riskə atdığını əlavə edib. Onun sözlərinə görə, gənc nəsil həqiqi gözəllik anlayışını itirib.

Şöhrətinin əvvəlində çəkisinə görə təzyiqlə üzləşdiyini xatırladan Uinslet buna məhəl qoymadığını açıqlayıb:

“Üzümdə ömrümün izləri var və bununla qürur duyuram.”

Uinslet hazırda sağlam yuxuya, balanslı qidalanmaya və sadə qayğıya üstünlük verdiyini vurğulayıb:

“Bunun üçün xüsusi və ya bahalı bir şey yoxdur. Ən yaxşı məsləhətim çox su içməkdir. Dəriniz sizə təşəkkür edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
axsam.az

1Mənbələr