Avstraliya dünyada ilk dəfə 16 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edib.
Bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, bu gündən etibarən Avstraliyada yeni qanun qüvvəyə minib.
Qanuna əsasən, dünyanın 10 ən böyük platforması avstraliyalı yeniyetmələrin hesablarını silməli və onların yeni hesab yaratmasının qarşısını almalıdır.
Qadağa Facebook, Instagram, Threads, X (Twitter), YouTube, Snapchat, Reddit, Kick, Twitch və TikTok kimi sosial şəbəkələrə şamil olunur.
Tələblərə əməl etməyən platformaları 33 milyon dollara qədər cərimə gözləyir.
Yeni qanun iri texnologiya şirkətləri və söz azadlığını müdafiə edən qurumlar tərəfindən tənqid edilsə də, sorğular avstraliyalıların əksəriyyətinin bu qərarı dəstəklədiyini göstərir.
Musavat.com