Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml hələ ki, Vladimir Zelenskinin Ukraynada prezident seçkilərini keçirməyə hazır olması ilə bağlı açıqlamasını ABŞ ilə müzakirə etməyib.
Kreml sözçüsü əlavə edib ki, Moskva Zelenskinin Ukraynada prezident seçkilərini keçirməyə hazır olması ilə bağlı açıqlamasından sonrakı hadisələri izləyəcək.
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp "Politico"ya verdiyi müsahibədə Ukraynada prezident seçkilərinin keçirilməsinin vaxtının çatdığını bildirib.
Zelenski prezident seçkilərinin keçirilməsi üçün Ukrayna qanunvericiliyində dəyişiklik etməyə hazır olduğunu bildirib.
"The New York Times" qəzeti qeyd edib ki, Zelenskinin Ukrayna seçkiləri ilə bağlı mövqeyinin dəyişməsi ABŞ-dan təhlükəsizlik zəmanətləri almaq cəhdidir.