Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Rusiya xarici işlər naziri Sergey Lavrov, Donald Trampın nümayəndəsi Stiv Uitkoffun Moskvaya gətirdiyi ABŞ-nın Ukrayna ilə bağlı razılaşmasının bəndlərindən birini açıqlayıb.
Reyting.az Ukrayna mediasına istinadla xəbər verir ki, Lavrovun sözlərinə görə, ABŞ-nın təkliflərində Ukraynada milli azlıqların hüquqlarının və dini azadlıqların təmin edilməsinin zəruriliyindən bəhs olunur.
O, həmçinin Avropanı Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməsi və Ukrayna ərazisində Avropa qoşunlarının yerləşdirilməsinə görə qisas alacaqları ilə hədələyib.
“Biz cavab verəcəyik. Və biz buna hazırıq”, - deyə o qeyd edib.
Eyni zamanda, Lavrov Rusiyanın Avropa ilə müharibə etmək niyyətində olmadığını vurğulayıb.
Lavrov əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətin köklü səbəblərini başa düşən yeganə Qərb lideridir.
Lavrov Trampın Moskvaya qarşı sanksiyaları ləğv etməyə tələsmədiyindən, onları gücləndirməsindən də şikayətlənib.
E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.