AZ

Aybəniz Haşımovanın tələbələrindən daha bir uğur

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Heydər Əliyev Fondunun təşkil etdiyi “İncəsənət” Uşaq Festivalında tanınmış vokal müəllimi Aybəniz Haşımovanın tələbələri növbəti dəfə yüksək nəticə göstəriblər.

Bunu Bakıvaxtı.az-a Əməkdar artist Aybəniz Haşımova bildirib.

Onun sözlərinə görə, sənətkarın tələbələri Nərmin Nərimanlı, Davud Nəsəvli və Raul Hüseynov akademik vokal üzrə öz yaş qruplarında I yerə layiq görülüblər.

Gənc ifaçıların bu uğuru müəllimləri tərəfindən böyük sevinclə qarşılanıb.

Aybəniz Haşımova onların bu uğurunu feysbuk hesabında paylaşıb:

"Onların hər birini ürəkdən təbrik edirəm! Əməkləri, zəhmətləri, sevgiləri və istedadları mükafatını aldı.Əziz evladlarım,sizinlə qürur duyuram!"

Xatırladaq ki, bir müddət öncə Amerikada keçirilən 9-cu Florida Keys Beynəlxalq Musiqi müsabiqəsində Əməkdar artistin daha iki tələbəsi qalib olmuşdu.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
111
bakivaxti.az

1Mənbələr