
Rusiya Prezidenti Vladimir Putin dekabrın 11-12-də Aşqabadda keçiriləcək Türkmənistanda Sülh və Etibar İli və Bitərəflik Gününə həsr olunmuş beynəlxalq forumda iştirak edəcək.
Misisya.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
Forum çərçivəsində Rusiya Prezidenti xarici liderlərlə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Xatırladaq ki, ötən həftə Vladimir Putin Hindistana səfər edib. Səfər zamanı Rusiya Prezidenti və Hindistanın Baş Naziri Narendra Modi iqtisadi əməkdaşlıq və iki ölkə arasında 30 günlük vizasız rejim məsələlərini müzakirə ediblər.
Seyranə QuliyevaMissiya.Az