Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Mərdəkan qəsəbəsinin sakinləri yol problemindən əziyyət çəkirlər.
Bu barədə sakinlər Gununsesi.info-ya məlumat veriblər.
Bildirilib ki, Günəşli sanatoriyasından bir qədər əvvəl başlayan küçədə yol hər yağışdan sonra tamamilə keçilməz olur:
“Hər dəfə yağış yağanda yolun vəziyyəti 1 ay belə qalır. 18 saylı Laçın orta məktəbinin şagirdləri və müəllimləri artıq bir həftədir ki, işə və məktəbə gedə bilmirlər. Bu vəziyyət məktəblilərin dərslərinə və gündəlik həyatına ciddi təsir göstərir”.
Onlar məsələ ilə bağlı aidiyyəti qurumları tədbir görməyə çağırır.
Şəbnəm Rəhimova
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.