“Real”ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasında bu axşam “Mançester Siti” ilə oyunu buraxa bilər.
İdmanxeber.az xəbər verir ki, fransalı futbolçu sol ayağındakı əzələ narahatlığı səbəbindən son məşqi buraxıb. Onun durumu ilə bağlı qərar oyundan əvvəl veriləcək.
Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.