AZ

Aİ-nin Ermənistana maliyyə yardımlarında məqsəd nədir?

"Avropa İttifaqı çalışır ki, Ermənistan vasitəsi ilə Rusiyanı Cənubi Qafqaz regionunda zəiflətsin. Buna görə də bütün vasitələrlə Ermənistana maddi-mənəvi yardımlar edir".

Bu barədə siyasi şərhçi Qulamhüseyn Əlibəyli Bakivaxti.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Ermənistanda seçkilər yaxınlaşdıqca Paşinyan hökuməti ilə müxalifətin qarşıdurması gərginləşir:

"Avropa İttifaqı maraqlıdır ki, Ermənistanda Paşinyan hakimiyyəti davam etsin. Məqsəd odur ki, Ermənistandakı hökumət Rusiyanın təzyiqlərinə tab gətirsin. Ermənistanda hələ də revanşist əhval-ruhiyyə güclüdür. Revanşist qruplar da Rusiyanın təsiri altındadır. Ona görə də Avropa İttifaqı da, ABŞ də maraqlıdır ki, Ermənistanda revanşistləri tamamilə sıradan çıxarmaq mümkün olmasa da, ən azından Rusiyanın təsirindən kənarlaşdırmağa nail olsunlar. Maliyyə yardımlarının məqsədi budur”.

Q.Əlibəyli qeyd edib ki, Ermənistanda Avropa İttifaqının "mülki missiyası"nın hələ öz fəaliyyətini davam etdirdiyini nəzərə alsaq, ola bilsin, missiya fərqli fəaliyyət mexanizmi ilə işini gələcəkdə də davam etdirəcək.

Qulamhüseyn Əlibəyli: Aİ Azərbaycanla münasibətdə də Ermənistanın güclənməsinə tərəfdardır

Politoloq əlavə edib ki, Avropa İttifaqı Paşinyan hakimiyyətinin uzunmüddətli olmasını istəyir:

"Aİ parlament seçkilərində baş naziri dəstəkləyəcəyini açıq şəkildə söyləyir. Paşinyanın sırf Aİ-dən aldığı maliyyə dəstəyi ilə seçkidə qalib gələcəyini iddia etmək olmaz, çünki baş nazir onsuz da müxalifət, öz rəqibləri qarşısında daha güclüdür. Revanşistlər toparlana bilmədikləri üçün xeyli zəifdirlər”.

Müsahibimiz daha bir məqama da toxunub. Onun fikrincə, Avropa İttifaqı Azərbaycanla münasibətdə də Ermənistanın güclənməsinə tərəfdardır:

“Aİ Bakı ilə əlaqələri normallaşdırmağa çalışsa da, Avropa Parlamentinin ölkəmizin əleyhinə olan qətnamələri ortadadır".

Aydın Baxış

Seçilən
0
1
bakivaxti.az

2Mənbələr