Bakı. Trend:
Polşa Ukraynaya silahlanmadan çıxarılan “MiQ-29” qırıcılarınıötürmək niyyətindədir. Bunun əvəzində Ukrayna Varşavaya raket vədron istehsalı texnologiyalarını təqdim etməlidir.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin BaşQərargahının “X” sosial şəbəkəsində yaydığı məlumatdabildirilir.
Məlumata görə, qırıcıların verilməsi onların müəyyən olunmuşistismar müddətini tamamlaması ilə bağlıdır və Polşa ordusundaonların bundan sonra modernləşdirilməsi perspektivi yoxdur.
Polşa Silahlı Qüvvələrinin Baş Qərargahından vurğulanıb ki, buaddım Ukraynanın müttəfiqləri siyasətinin bir hissəsidir və ölkəyədəstək göstərmək, təhlükəsizliyini təmin etmək məqsədini güdür.
Polşada hərbi arsenaldan çıxarılmış “MiQ-29”ların “F-16” və“FA-50” təyyarələri ilə əvəzlənəcəyi gözlənilir.