AZ

Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək



Dekabrın 23-də Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, İxracat və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə TÜİB-in birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək.

Newscenter.az xəbər verir ki, tədbirdə hər iki ölkənin rəsmi qurumlarının nümayəndələri, dövlət və özəl sektor təmsilçiləri, biznes birlikləri və palataların iştirak etməsi nəzərdə tutulur.

Forum çərçivəsində regional ticarətin təşviqi, enerji keçidi, dayanıqlı inkişaf və infrastruktur layihələri, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin Dördüncü Sənaye İnqilabına həsr olunmuş panel müzakirələri təşkil olunacaq.

İnvestisiya forumunda iştirak etmək istəyən iş adamları aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=yBCC2uT5_EC9J20-TwRsx6yFUpwX5LhGqoXqRmZI571UOFA5WE9DTzFaSlhVTTRYMTgyQzhKMDU2UC4u
Seçilən
100
7
newscenter.az

10Mənbələr