AZ

Azərbaycan millisinin sabiq baş məşqçisi Qırğızıstan yığmasında

“Real Madrid”in və “Barselona”nın sabiq futbolçusu, Xorvatiya millisi ilə 1998-ci ildə dünya çempionatının bürünc mükafatçısı, Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Qırğızıstan yığmasında çalışacaq.

Publika.az xəbər verir ki, bu barədə Qırğızıstan Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

56 yaşlı mütəxəssisin müqaviləsi 1 il 1 aydır və Qırğızıstan millisi 2027-ci il Asiya Kubokunda yaxşı çıxış edəcəyi təqdirdə müqaviləni daha 3 il uzatmaq imkanı var.

Prosineçkinin son işi Monteneqro millisində olub. Bundan əvvəl o, həmçinin Bosniya və Herseqovina və Azərbaycan yığmalarını, həmçinin “Srvena Zvezda” və “Kayserispor”u da çalışdırıb.

Seçilən
22
publika.az

1Mənbələr