AZ

Tramp Zelenskiyə vaxt qoyub: “Miladdan əvvəl qərar verməlidir”

Ayna saytına istinadən ain.az xəbər verir.

“Ukrayna razılaşa bilməyəcəyi ərazi itkiləri ilə Amerikanın imtina edə bilməyəcəyi tələbləri arasında ilişib qalıb”

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna Prezidenti  Volodimir Zelenskiyə ABŞ-ın müəyyən edilməmiş təhlükəsizlik zəmanəti müqabilində Ukraynanın ərazi itkilərini qəbul etməsini tələb edən sülh planına cavab vermək üçün bir neçə gün vaxt  veriblər. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” mənbələrinə istinadən yazıb.

Nəşrin yazdığına görə, Zelenski avropalı həmkarlarına şənbə günü iki saatlıq söhbət zamanı Uitkoff və Kuşnerin ona tez qərar verməsi üçün təzyiq etdiyini deyib.

Məlumatlı mənbə bildirib ki, Tramp “Milad bayramından əvvəl” razılığa gəlmək istəyir.

Mənbələrin sözlərinə görə, Ukrayna Prezidenti Trampın nümayəndələrinə cavab verməzdən əvvəl avropalı müttəfiqləri ilə məsləhətləşmək üçün vaxta ehtiyacı olduğunu deyib. Çünki Kiyev ABŞ-ın Avropa ilə məsləhətləşmədən qərarlar qəbul edə biləcəyindən ehtiyat edir və bu, Qərbin birliyini parçalamaq təhlükəsi yarada bilər.

Qərb rəsmilərindən birinin sözlərinə görə, “Ukrayna razılaşa bilməyəcəyi ərazi itkiləri ilə Amerikanın imtina edə bilməyəcəyi tələbləri arasında ilişib qalıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
ayna.az

1Mənbələr