AZ

Bölgələrdə otellərin Yeni il hazırlığı: Qiymətlər necə olacaq?

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Bölgələrimizdə fəaliyyət göstərən, xüsusilə 5 ulduzlu otellər yerli və xarici turistləri qəbul etməyə tam hazırdır. Bu müəssisələr müxtəlif şou-konsepsiyalar, əyləncə proqramları və xüsusi bayram menyuları hazırlayaraq turistlər üçün maraqlı şərait yaradır".Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.O bildirib ki, Azərbaycanda yerləşmə obyektlərinin sayı artdıqca rəqabət də güclənir:"Rəqabətin əsasən qiymət deyil, keyfiyyət üzərində qurulması isə turizm xidmətlərinin daha da yaxşılaşmasına səbəb olur. Hazırda otellər Yeni il təkliflərini 2 gecə 3 günlük paketlər şəklində təqdim edirlər ki, bu həm turistlər, həm də otellər üçün daha rahat və məqsədyönlüdür".Ekspert qeyd edib ki, dünya təcrübəsində olduğu kimi, bayram və xüsusi günlərdə qiymət artımı qaçılmazdır:"Çünki otellərin satış siyasətinə əsasən standart otaqlar əvvəlcə satılır, daha yüksək kateqoriyalı otaqlar isə sonda qalır ki, bu da qiymətlərin bahalaşmasına gətirib çıxarır. Ona görə də belə günlərdə qiymətlərin dinamik dəyişməsi təbii prosesdir".Onun sözlərinə görə, bölgələrdə yerləşmə imkanlarının daha da artırılması isə rəqabəti gücləndirərək qiymətlərin daha stabil və əlçatan olmasına şərait yarada bilər:"Bununla yanaşı, yalnız lüks deyil, 2-3 ulduzlu otellərin də Yeni il üçün şou proqramlar hazırlaması, hər kəsin büdcəsinə uyğun əyləncə paketləri təqdim etməsi ümumi turist sayının artmasına töhfə verər. Bu, həm yerli sakinlərin bölgələrə axınını artırar, həm də Hindistan, ərəb ölkələri və Pakistan kimi ölkələrdən aşağı büdcəli turistlərin marağını cəlb edər. Nəticədə belə tədbirlər turist axınını gücləndirməklə yanaşı, ölkənin turizm potensialının daha da genişlənməsinə imkan yarada bilər".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
demokrat.az

1Mənbələr