ain.az, futbolpress-az portalına istinadən məlumat verir.
Dopinqə görə futboldan uzaqlaşdırılan Mixail Mudriklə bağlı yekun qərar 2026-cı il, yanvarın 17-nə kimi verilməlidir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Foot Mercato” nəşri məlumat yayıb. “Çelsi“yə məxsus olan yarımmüdafiəçi ilə bağlı ötən il futboldan uzaqlaşdırılma qərarı verilsə də, müddət açıqlanmayıb. Futbolçu bilərəkdən dopiq qəbul etmədiyini bildirib və Arbitraj Məhkəməsinə müraciət edib.
Mudrikin durumu ilə bağlı qərar yanvarda verilməlidir. Fransa mətbuatı ukraynalı haqda rəyin müsbət olacağını və onun yenidən yaşıl meydanlara qayıdacağını bildirib.
Mudriklə İspaniyanın “Sevilya” və Fransanın “Strasburq” klubları maraqlanır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.