AZ

“Gürcüstan buğda mədəniyyəti: adət-ənənələr və rituallar” UNESCO-nun siyahısına daxil edilib

Tbilisi, 10 dekabr, AZƏRTAC

“Gürcüstan buğda mədəniyyəti: adət-ənənələr və rituallar” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu barədə qərar UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Yeni Dehlidə keçirilən 20-ci sessiyasında qəbul edilib.

“UNESCO-nun buğda ilə bağlı adət-ənənə və ritualları tanımaq qərarı gürcü xalqının çoxəsrlik əməyinin, bilik və təcrübələrinin beynəlxalq səviyyədə tanınmasıdır. Eyni zamanda, gürcü endemik növlərinin əhəmiyyətinə vurğu, mənəvi və maddi mədəniyyət arasında əlaqənin gücləndirilməsi və gələcək nəsillər qarşısında bu “qeyri-maddi” inkişaf etmiş mədəni elementin canlılığının qorunacağına dair öhdəlikdir”, – deyə məlumatda qeyd olunur.

Qeyri-maddi mədəni irs abidəsi - "Gürcüstan buğda mədəniyyəti: adət-ənənələr və rituallar" Gürcüstan hökumətinin 27 mart 2024-cü il tarixli qərarı ilə dövlət əhəmiyyətli kateqoriyaya aid edilib.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
16
1
azertag.az

2Mənbələr