AZ

Qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 8 faizdən çox artıb

2025-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 16658,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 8,5 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 8,3 faiz artıb. İstifadə olunan investisiyanın 8421,2 milyon manatı və ya 50,6 faizi məhsulistehsalısahələrinə, 5614,3 milyonmanatı (33,7 faizi) xidmət sahələrinə, 2623,4 milyon manatı (15,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən investisiyaların 12987,5 milyon manatını və ya 78,0 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilən investisiyaların 12687,9 milyon manatı və ya 76,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Seçilən
27
10
vergiler.az

10Mənbələr