Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Floridanın Mayami şəhərində keçirilən mer seçkiləri ABŞ siyasətində diqqətçəkən dönüş yaradıb. Demokrat namizəd Eilin Higgins 28 ildən sonra şəhərdə qələbə qazanaraq, Donald Trampın açıq dəstək verdiyi respublikaçı Emiliano Qonzalezi 19 faiz fərqlə (59%-40%) məğlub edib.
Mayami Florida ştatının ikinci böyük şəhəri olmaqla yanaşı, uzun illərdir respublikaçıların möhkəm dayağı sayılırdı. Ötən seçkilərdə GOP namizədi merlik yarışını tam 67 faiz fərqlə qazanmışdı. Bu dəfə isə dramatik dəyişiklik qeydə alınıb.
Müşahidəçilər bildirirlər ki, uzun illər “qırmızı ştat” kimi tanınan Floridada demokratların bu cür ciddi yüksəlişi Donald Trampın son aylarda kəskin şəkildə zəifləyən populyarlığı ilə əlaqələndirilir. Siyasi təhlilçilər artıq 2026-cı il Konqress seçkilərində “mavi dalğa” ehtimalının artdığını bildirirlər.
Ekspertlər vurğulayırlar ki, Tramp administrasiyasının hazırkı xarici siyasət kursu, xüsusilə də Ukraynanı Putinin şərtləri ilə “əlverişsiz sülhə” məcbur etmək cəhdləri ABŞ ictimaiyyətində ciddi narahatlıq doğurur.
ABŞ rəhbərliyinin mövqeyi cəmiyyətdə həm qeyri-əxlaqi, həm də qəbuledilməz addım kimi qiymətləndirilir. Hərbi məlumatlara görə, Ukrayna ordusu cəbhədə müqavimətini davam etdirir və Putinin “ələ keçirdik” dediyi heç bir Donbass regionu faktiki olaraq tam işğal edilməyib.
Siyasi analitiklər hesab edir ki, Tramp həm daxildə seçki uğursuzluqları, həm də xaricdə Putinə yaxınlaşması fonunda daha ciddi siyasi təzyiqlə üzləşə bilər.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.